xeber –
Təhsil Nazirliyi bu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün neçə yer ayrılması sualına aydınlıq gətirib.
Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Proqramına qəbul üçün konkret kvota nəzərdə tutulmayıb. Dövlət Proqramı çərçivəsində təhsil alacaq tələbələrin sayı birbaşa Təhsil Nazirliyinə müraciət edən və müsabiqədə müvəffəqiyyət qazanan iddiaçıların sayından asılıdır.
Dövlət Proqramının əsas məqsədi qısa zamanda ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi olduğunu nəzərə alaraq, müsabiqə bu proqrama ən layiqli tələbələrin seçimini təmin etmək məqsədilə keçirilir.
Mənbə : Anspress.com