xeber –
Ermənistan İstintaq Komitəsi Gümrü şəhərində Avetisyan ailəsinin üzvlərini öldürməkdə təqsirli bilinən Valeri Permyakovun işi ilə bağlı məhkəmə ekspertizalarının nəticələrini açıqlayıb.
ANS TV-nin məlumatına görə, “Armenya today” saytından bildirilib ki, ekspertiza hadisə yerində aşkar edilən “AKS-74” markalı avtomata səsboğucunun quraşdırılması barədə iddialari təkzib edib. Hadisə yerində aşkar edilən giliz və güllələr Permayokvun adına yazılmış şəxsi “AKS-74” avtomatından açılıb. Bundan əlavə hərbi geyimdə atəş izləri də aşkar edilib.
Xatırladaq ki, yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirmişdi. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gün sonra xəstəxanada dünyasını dəyişmişdi. Bu hadisə Rusiya- Ermənistan münasibətlərinə təsirsiz ötüşməmişdi.
Paytaxt İrəvan daxil olmaqla, ölkənin digər vilayətlərində Rusiya əleyhinə etirazlar baş qaldırmış, hətta Rusiya bayrağı ayaqlar altına atılaraq tapdalanmışdı. Hazırda rusiyalı əsgərin məhkəmə işi Ermənistanda aparılır.
Mənbə : Anspress.com