xeber –
ABŞ desantçıları Ukraynaya gəliblə və onlar ukraynalı hərbçilərə təlim keçəcəklər.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın bu ölkədəki səfiri Ceffri Payett öz “Twitter” səhifəsində bildirib.
“ABŞ-ın 173-cü briqadasının desantçıları ukraynalı hərbçilərə təlim keçmək üçün Ukraynaya gəliblər”, – deyə məlumatda bildirilir.
Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko isə bildirib ki, apreldə ABŞ mütəxəssislərinin iştirakı ilə ölkə milli qvardiyasının təlimləri keçiriləcək.
Kanada hökumətinin başçısı Stiven Harper də bildirib ki, ölkəsi də Ukrayna təlimlərinə 100-ə yaxın hərbi qulluqçu göndərə bilər.
Mənbə : Anspress.com