xeber –
ABŞ-ın 173-cü briqadası desantçılarının ukraynalı hərbçilərə təlim keçmək üçün Kiyevə gəlməsi Rusiyanın narahatlığına səbəb olub.
ANS PRESS-in məlumatına görə, Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukraynaya desant qüvvələri göndərməsini pisləyib. O deyib ki, bu, Ukraynanın şərqindəki vəziyyəti daha da pisləşdirəcək və gərginləşdirəcək.
Ümumiyyətlə, ABŞ Ukraynanın qərbinə 300-dək desantçı göndərib. Onlar Ukrayna Milli Qvardiyasına təlim keçməklə məşğul olacaqlar. İlkin olaraq 2014-cü ildə səfərbərliyə çağrılmış 900 nəfərə təlim keçiriləcək. Təlimlərdə əsas məqsəd hərbi döyüş funksiyaları və hərbi heyətlərin peşəkarlığının artırılmasıdır.
Xatırladaq ki, ötən ilin aprelindən indiyədək Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox insan həlak olub.
Mənbə : Anspress.com