xeber –
Saatlı rayonunda pulsuz tibbi müayinə aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun bir neçə kəndinin sakinləri Saatlıya ezam olunmuş həkim briqadası tərəfindən pulsuz müayinədən keçiriliblər.
Azərbaycan Tibb Universitetindən ANS PRESS-ə verilən məlumata görə, iki gün ərzində Saatlının bir neçə kəndində müayinə aparacaq həkim briqadasına bu gün 230 nəfərdən çox müraciət olub.
Onlar əsasən göz ağrılarından, ürək nahiyyəsində olan narahatlıqlardan və s. şikayət ediblər. Müayinələrdən sonra səhhətində problem olan bəzi sakinlərə həkim-mütəxəssislər tərəfindən məsləhətlər verilmiş və müvafiq müalicə təyin olunub, bəziləri isə stasonar şəkildə müalicə olunmaq üçün Bakıya göndərilib.
Qeyd edək ki, əhalinin pulsuz tibbi müayinəsinin aparılması aksiyası 24-25 aprel tarixlərində Sabirabad, 1-2 may tarixlərində isə Kürdəmir rayonunda həyata keçirilməsi nəzərdə tutulur. Bu cür pulsuz müayinələr Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə həyata keçirilir.
Mənbə : Anspress.com