17.04.2015 / 16:33 xeber –
Hadisənin dəqiq səbəbi məlum deyil
Bakıda qətl törədilib. Lent.az-ın məlumatına görə, bu gün Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində 1996-cı il təvəllüdlü Məlikli Nigar Şikar qızı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
İlkin araşdırmalardan sonra 19 yaşlı qızın dayısı, 1973-cü il təvəllüdlü Namiq Aslanov tərəfindən öldürüldüyü müəyyən edilib.
Qətlin dəqiq səbəbi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə : Lent.az