xeber –
İcbari Sığorta Bürosu vətəndaşlara müraciət etdi.
ANS TV-nin məlumatına görə, yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərə kompensasiya verilməsi zamanı bəzi neqativ hallara rast gəlinir. Bu əsasən vətəndaşın özünü sığorta agentləri və ya hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən vasitəçilər tərəfindən aldadılmasıdır. Məhz buna görə, icbari sığorta bürosu vətəndaşları vasitəçilərə inanmamağa çağırır.
İcbari Sığorta Bürosunun şöbə müdiri Fatma Nuriyeva deyir ki, onlar ödəniş birbaşa vermir. Çünki ödəniş poçt vasitəsilə yaşadığı ünvana göndərilir. Əgər qanun pozuntuları olarsa bunun qarşısı mümükün qədər alınır.
Zərərçəkmiş şəxslərə 750-5000 manat arası ödəniş verilir.
Əgər icbari sığorta müqaviləsi olmayan şəxsin idarə etdiyi nəqliyyat vasitəsi qəza törədərsə və üçüncü şəxsin sağlamlığına zərər vurularsa kompensasiya ödənişləri verilir. Bu zaman zərərçəkmiş şəxslər və ya onların hüquqi varisləri tələb olunan sənədləri büroya təqdim etməklə 750 manatdan 5000 manata qədər kompensasiya ödənişi əldə edə bilər. Bu qayda qəzanın naməlum nəqliyyat vasitəsi tərəfindən törədilməsi zamanı da tətbiq olunur. Kompensasiya almaq üçün büroya şəxsiyyət vəsiqəsinin surətini, dəymiş ziyanın ağırlıq dərəcəsi barədə həkimdən arayış təqdim etmək lazımdır. Ölüm halında isə tibbi ekspertizanın ölümün səbəbi haqqında hesabatı tələb olunur. Bu ilin ilk rübündə büro 62 min manat kompensasiya ödəyib.
Mənbə : Anspress.com