xeber –
Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə, AZAL “Sumqayıt”ı sınağa çəkib. Oyunda hesabı “təyyarəçilər” açıblar – 75-ci dəqiqədə Valeri Kutsenko rəqib qapısına yol tapıb. 90+1-ci dəqiqədə isə Məhəmməd Qurbanov bərabərliyi təmin edib – 1:1.
“Bakı” “İnter”i qəbul edib. “Bankirlər” oyuna daha fəal başlayıblar – 10-cu dəqiqədə Derlis Meza Kolli fərqlənib. 56-cı dəqiqədə Əfran İsmayılov hesab arasındakı fərqi artırıb. Son saniyələrdə isə Nurlan Novruzov təsəlli qolunu vurub – 1:2.
“Simurq” isə Zaqatalada lider “Qarabağ”ı qəbul edib. Oyunun taleyini Ağdam təmsilçisinin futbolçusu Muarem Muarem həll edib – 18 (0:1), 80 (0:2)
“Neftçi” öz meydanında “Qəbələ” ilə görüşüb. Son turlarda ardıcıl qələbə qazanan qəbələlilər paytaxt klubu qarşısında da aciz qalmayıblar 1:3.
Beləliklə, “Qarabağ” 60 xalla 1-ci, “İnter” 50 xalla 2-ci, “Neftçi” isə 46 xalla 3-cüdür. 43 xallı “Qəbələ” 4-cü pillədə qərarlaşıb.
“Neftçi” – “Qəbələ” – 1:3
Qollar: Aleksey Qay, 24 (0:1), Nikolas Kanales, 44 (1:1), Cavid Hüseynov, 50 (1:2), Viktor Mendi, 86 (1:3)
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
“Bakcell Arena“.
“Simurq” – “Qarabağ” – 0:2
Qollar: Muarem Muarem, 18 (0:1), 80 (0:2)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
Zaqatala şəhər stadionu.
AZAL – “Sumqayıt” – 1:1
Qollar: Valeriy Kutsenko, 75 (1:0), Məhəmməd Qurbanov, 90+1 (1:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
“AZAL Arena”.
“Bakı” – “İnter” – 1:2
Qollar: Derlis Meza Kolli, 10 (0:1), Əfran İsmayılov, 56 (0:2), Nurlan Novruzov, 90+3 (1:2)
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Mənbə : Anspress.com