17.04.2015 / 23:33 xeber –
İraqın paytaxtı Bağdadda iki minalanmış avtomobilin partladılması nəticəsində azı 27 nəfər ölüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, birinci partlayış Bağdadın cənub-qərb, ikinci isə – şərq hissəsində törədilib.
Bundan əvvəl İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölmüş, 5 nəfər yaralanmışdı.
Mənbə : Lent.az