xeber –
Ermənistanda Qarabağ veteranları İrəvanda Azadlıq meydanında etiraz aksiyası keçirəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə veteran, səhra komandiri Xaçik Avetisyan açıqlama verib.
O bildirib ki, aprelin 20-də 50 Qarabağ veteranı meydanda aclıq aksiyasına başlayacaq. Aksiya iştirakçıları 10 gün əvvəl həbs edilən “Təsisçi parlament”in təşəbbüskarlarının 5 üzvünün və Qarabağ veteranlarını azad etməyi tələb edirlər.
Xaçik Avetisyan bildirib ki, əgər həbs edilənlər azad edilməyəcəklərsə, aprelin 20-də yenidən mitinq təşkil ediləcək. O mitinqdə iştirak edənlərə hərbi formada gəlmələrinə çağırış edib.
Qeyd edək ki, aprelin 7-də “Təsisçi parlament”in təşəbbüskarlarının 6 üzvü həbs edilib. Onlardan 5-i ölkədə qarşıdurmalara yaratmaqda ittiham olunurlar. 1 nəfər isə sərbəst buraxılıb.
Mənbə : Anspress.com