xeber –
Azərbaycan əhalisinin sayı açıqlanıb. Məlumata görə, Azərbaycanda orta ömür uzunluğu 74 yaş olub. Dünya Bankı Azərbaycanda demoqrafik vəziyyətlə bağlı araşdırma aparıb. Bankın araşdırmasının nəticələrinə görə ömür uzunluğu 4 ildən artıq olub. Bu ilin martında Azərbaycanda əhalinin sayı isə 9 milyonu ötüb. Azərbaycanda körpə ölümü də azalıb. Doğulanlar arasında 53%-ni oğlan, 46-ini isə qız uşaqları təşkil edir.
Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hazırda ölkədə hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. 10 il əvvəl bu göstəricidə qadınlar daha çox üstünlük təşkil edirdi. Sosioloqların fikrincə, belə davam edəcəyi təqdirdə yaxın 3-4 ilə ölkədə kişilərlə qadınların say nisbəti bərabər olacaq.
Sosioloq Rəşad Əsgərovun sözlərinə görə, son zamanlar Azərbaycanda doğulan oğlan uşaqların sayında artım müşahidə olunur: “Qız uşaqlarının sayında azalma var. Amma əhalinin ümumi sayını götürəndə isə yenə də qadınlar çoxluq təşkil edir. Bu isə onunla bağlıdır ki, ölkəyə miqrasiya axını daha çoxdur. Təbii fəlakətlər, texnogen qəzalar, yol-nəqliyyat hadisləri zamanı daha çox kişilərin həlak olmasıdır. Və bu say dinamikasında yenə də qadınların üstünlüyünə gətirib çıxarır”.
Mütəxəssislər hesab edir ki, əhalinin orta yaşama dövrünün artmasında elmin, texnikanın, səhiyyənin inkişafına öz təsirini göstərir.
Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində 2014-2015-ci illəri əhatə edən Dövlət Proqramı layihəsi hazırlanıb.
Bu proqram layihəsində respublikada mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətləri, həyata keçiriləcək zəruri tədbirlər öz əksini tapıb.
Mənbə : Anspress.com