xeber –
Suriyanın Hələb şəhərində Bəşər Əsəd qüvvələrinin açıq hədəfi altında olan məscidlərdə İslamın vacib əməllərindən olan cümə namazı qılınmır. ANS PRESS-in məlumatına görə, rejim qüvvələri xüsusilə cümə namazı vaxtı insanlar kütləvi ibadət üçün məscidlərə toplaşdığı vaxt havadan həyata keçirdikləri bombardımanla daha çox qırığına səbəb olurlar. Artıq bu həftədən bəzi din alimləri daha çox insan tələfatının qarşısını almaq üçün cümə namazlarının qılınmaması istiqamətində fətva veriblər.
Mahmud Habbu adlı fəal cümə namazı qılmaq üçün məscidə getdiyini və heç kimin olmadığını görərək çox təəccübləndiyini deyir. Habbu hafizlik kursları, təhsil mərkəzləri və məbədlərin fəaliyyəti dayandırılaraq insan tələfatının qarşısının alınmağa çalışıldığını öyrəndiyini bildirib.
Mənbə : Anspress.com