xeber –
Bu gün Türkiyədə öndə gedən media rəhbərlərindən biri olan Acın İlıcalının illər əvvəlki görüntüləri yayılıb.
ANS PRESS-in məlumatına görə, Türkiyənin TV8 telekanalının sahibi, məşhur teleaparıcı Acun İlıcalının 19 il əvvəl çalışdığı televiziyalardan biri üçün reportaj hazırladığı, ən maraqlısı isə reportajda müsahibinin Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın olmasıdır.
Televiziya aparıcılığı, prodüsserlik etməklə yanaşı, bir sıra yerli televiziyalarda uğurlu layihələri ilə yadda qalan Acun İlıcalı hazırda böyük bir media şirkətinin sahibidir.O, idman müxbiri olduğu vaxt Rəcəb Tayyib Ərdoğan isəİstanbul Bələdiyyə sədri olaraq işləyirdi.
Sosial şəbəkədə yayılan videoda izləyicilər “haradan haraya” kimi rəylər yazıblar.
Mənbə : Anspress.com