xeber –
Ötən gecə Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) təhsil alan azərbaycanlı tələbələr etiraz aksiyası keçiriblər.
ANS PRESS-ni məlumatına görə, ŞKTC-nin Qazimağusa rayonunda Rauf Raif Denktaş adını daşıyan mədəniyyət və konqres mərkəzində səhnəyə qoyulacaq teatr tamaşası azərbaycanlı tələbələrdə etiraz doğurub.
Tamaşanın hazırlığı zamanı orada olan 300 həmyerlimiz “Acı, şirin eşq” adlı tamaşada Levənt Özdiləklə yanaşı, yazıçı-aktyor Aret Vartanyanın rol aldığını öyrəniblər.
Bu isə azərbaycanlı tələbələr tərəfindən etirazla qarşılanıb. Hadisənin qarşısını almaq üçün çox sayda polis araya girməli olub.
Polislərin qarşısını aldığı etiraz aksiyasında bir neçə tələbə saxlanılıb.
Mənbə : Anspress.com