xeber –
İraqın Ərbil şəhərindəki ABŞ konsulluğu yaxınlığında törədilən partlayış zamanı 2 Türkiyə vətəndaşı həlak olub.
ANS PRESS-in “Haberler.com” saytına istinadən verdiyi məlumata görə, Türkiyə xarici işlər nazirliyi faktı təsdiqləyərək daha 5 türk vətəndaşının yaralandığını deyir.
Bundan əvvəl 3 nəfərin ölümü daha 14 nəfərin yaralanması xəbəri verilmişdi.
“Reuters” bildirir ki, Ərbildə ABŞ konsulluğundakı partlayışdan məsuliyyəti İŞİD terroçu qruplaşmasının silahlıları öz üzərinə götürüb.
ABŞ Dövlət departamenti bildirir ki, Ərbildəki konsulluğun işçilərindən heç kim xəsarət almayıb.
Mənbə : Anspress.com