xeber –
Yunanıstan höküməti Rusiya ilə energetika üzrə razılığa gəliblər. ı gələn həftə imzalamaq fikrindədir.
ANS PRESS-in “Gazeta.ru” xəbər saytına istinadən verdiyi məlumata görə, “Spiegel-Online” portalı razılaşmanın gələn həftə imzalanacağını bildirib.
Nəşr bildirir ki, razılıq müflis olma təhlükəsi yaşayan ölkənin xəzinəsinə 3-5 milyard avro pul gətirə bilər. Pullar “Türkiyə axını” qaz kəmərinin tikintisi üçün avans qismində xəzinəyə daxil olacaq.
Razılığın çərşənbə axşamı imzalanacağı gözlənilir. Müqavilənin detalları bu yaxınlarda Yunanıstan baş naziri Aleks Siprasla Rusiya prezidenti Vladimir Putinin görüşü zamanı müzakirə edilib.
Xəbər verilir ki, qaz kəməri 2019-cu ilə çəkilə bilər.
Qeyd edək ki, bundan əvvəl, ölkədə kreditorların köməyi kəsiləcəyi təqdirdə Yunanıstanın defolt elan edə biləcəyi bildirilmişdi.
Mənbə : Anspress.com