xeber –
”Parlaq Zəka” İntellekt şousunun facebook səhifəsi 13.02.2015-15.03.2015 tarixləri arasında keçirilən “ParlaqSelfie” müsabiqəsi artıq yekunlaşıb.
ANS PRESS-in məlumatına görə, veriliş efirdə olan zaman verilişdən hər hansı kadr düşmək şərtilə selfie şəkil çəkərək bu müsabiqədə həm çəkilişlərimizdə iştirak etmiş, həm də yalnız TV-dən oyunumuzu izləmiş tamaşaçılar iştirak etdi.
Müsabiqəyə müxtəlif yaş kateqoriyalı insanlar qatıldı. Şəkillərin kreativliyi və orijinallığı onların özündən asılı idi. Əsas qayda hansısa effekt, Photoshop (və ya hər hansı dizayn proqramlarından) və “Like” yığmaq üçün hansısa proqramlardan istifadə etməmək idi.
Yarış iki mərhələdə keçirildi. İlk mərhələdə yarışın bitmə müddətinə (08.03.2015) kimi ən çox bəyənilmiş 10 üzvün selfiesi seçildi. Daha sonra 10 fotodan ən yaxşı 3 foto Parlaq Zəkanın münsiflər heyəti (verilişin rəhbəri və aparıcısı Aydın Piriyev, məsul katib Oqtay Məhərrəmov, verilişin rejssoru Tərlan Tağıyev ) tərəfindən 1 həftə ərzində açıqlandı.
27 mart tarixində artıq səhifə tərəfindən qaliblər elan olundu:
Birinci yeri Xaçmaz şəhər akad. Z.Əliyeva adına 8 nömrəli məktəb-lisey III a sinif şagirdi Kənan Sovqatov qazanıb.
İkinci yer Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsi Kazımova Aybənizə nəsib olub.
Üçüncü yerin sahibi Milli Aviasiya Akademiyasının 3-cü kurs tələbəsi Murad Əziz 78 yaşlı nənəsi ilə birlikdə selfi çəkdirib.
Mənbə : Anspress.com