xeber –
Bu gecə Gəncədə dəhşətli hadisə baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhəri Nəriman Nərimanov prospektində yaşayan 90 yaşlı kişi özünü bıçaqlayıb.
İntihar etmək istəyən 1925-ci il təvəllüdlü Hüseyn Əsəd oğlu Sadıqov qarın nahiyəsinə dərin bıçaq zərbəsi vurub. Onu ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar.
Həkimlərin səyi nəticəsində 90 yaşlı kişinin həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə : Anspress.com