xeber –
Dünyanın ən bahalı brilliyantlarından biri satışa çıxarılır.
ANS PRESS-in məlumatına görə, “Sotheby`s” hərrac evi yaxın günlərdə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində hərraca çıxarılacaq brilliyantı ictimaiyyətə təqdim edib.
100 karatlıq nadir brilliyantın ilkin qiyməti 25 milyon dollardır. Hərrac təşkilatçılarının məlumatına görə, qiymətli daşın bu cür yüksək qiyməti bugünkü bazar tərəfindən müəyyən edilib və şişirdilmiş deyil.
Aprelin 21-i keçiriləcək hərracda digər zümrüd və sapfir daşlar da hərraca çıxarılacaq.
Mənbə : Anspress.com