xeber –
Bakının Binəqədi rayonunda qadın kişini bıçaqlayıb.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə aprelin 15-də saat 23:50 radələrində, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı Bakı şəhər sakinləri İlham Abbasovun bıçaqlandığı məlum olub. O da, müəyyən edilib ki, kişini 1976-cı il təvəllüdlü Yelena Aleksandrovna Bobrova vurub.
Hadisəni törədən qadının tutulması istiqamətində Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları əməliyyat keçirib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində kişini bıçaqlayan qadın tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə : Anspress.com