xeber –
ABŞ Prezidenti Barak Obama Avropanı Minsk razılaşmasının tam icrasına qədər Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb.
ANS PRESS-in məlumatına görə, B.Obama İtaliyanın baş naziri Matteo Rensi ilə Ağ evdə keçirdiyi birgə mətbuat konfransında deyib.
ABŞ prezidenti bildirib ki, nə vaxta qədər Rusiya Minsk razılaşmasının şərtlərini yerinə yetirməyəcək, Ukraynada silahlı hərəkətlərini dayandırmayacaq Avropada təklənəcək və qüvvədə olan sanksiyalar aradan qalxmayacaq.
“Qarşı tərəfdən razılaşmaya uyğun olaraq müsbət addımların, ciddi tədbirlərin reallaşdırılmasını görməyəcəyik, biz sanksiyaları ən azı indiki səviyyədə saxlamalıyıq”.
Mənbə : Anspress.com