xeber –
Rus xüsusi təyinatlıları Moskva vilayətində Tolik Noqinski kimi tanınan azərbaycanlı “qanuni oğru” Taleh Dağlıyevi saxlayıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatı “Bulat” xüsusi təyinatlıları həyata keçirib.
Baxış keçirərkən Taleh Dağlıyevin üstündən darağında 3 güllə olan Amerikan tapançası götürülüb. Tolik Noqinskiyə “qanunsuz silah saxlama” maddəsilə cinayət işi açılıb.
Qeyd edək ki, Taleh “qanuni oğru” titulunu ötən ilin sentyabrında alıb.
Mənbə : Anspress.com