xeber –
Rusiyanın Yoşkar-Olı şəhərinin itkin düşən meri Pavel Plotnikov bu səhər tapılıb.
ANS PRESS-in “Dojd” telekanalının saytına istinadən verdiyi məlumata görə, şəhər meri sağ tapılıb. Bu barədə “Pro город Йошкар-Ола” portalı qeyri–rəsmi mənbəyə istinadən məlumat yayıb.
Hazırda merin itkin düşməsinin səbəbləri araşdırılır.
Qeyd edək ki, merin həyat yoldaşı polisə gələrək ərinin itkin düşdüyünü bildirmişdi.
Mənbə : Anspress.com