xeber –
Rusiya Yunanıstana “Türk axını”na görə 5 milyard avro pul ayıracaq. ANS PRSESS-in məlumatına görə, artıq iki ölkə bu barədə razılaşma imzalamaq üçün hazırlaşır. Yunanıstanın hakim partiyası SİRİZA-dan bir yüksək vəzifəli şəxs bu faktı təsdiq edib.
Sazişin imzalanması 21 aprel tarixində baş tutacaq. İddia edilir ki, sözgedən razılaşma Rusiya Federasiyası prezidenti Vladimir Putin və Yunanıstanın baş naziri Aleksis Siprasın Moskvada apardığı danışıqlar zamanı əldə edilib.
Yunanıstan hökuməti bu saziş nəticəsində öz borclarını azaltmaq fikrindədir. Afina ümid edir ki, Rusiya tranşı sayəsində Avropa Birliyiylə borc öhdəlikləri üzrə danışıqları təxirə salmağa müvəffəq olacaq.
Qeyd edək ki, “Türk axını” Türkiyə və Rusiyanın birgə layihəsidir. “Cənub axını” kəmərinin tikintisinin dayandırıldığı üçün onun əvəzində Qara dənizin dibi ilə Türkiyənin Yunanıstanla sərhədinə qədər eyni gücdə yeni kəməri çəkiləcək. Rusiya prezidenti bu barədə hələ ötən il dekabrın 1-də ANkaraya etdiyi səfər zamanı bildirib.
Mənbə : Anspress.com