xeber –
Bəzi insanlar var ki, şeytanın dostudurlar. Həmin insanlar fərqində olmasalar da şeytan tərəfindən çox sevilirlər.
Belələrinin hərəkətləri şeytan tərəfindən müsbət qarşılanır. Şeytan xəyanət edən, xalqı aldadan tacirləri, zalım idarəçiləri, zina və fahişəlik edənləri, tez-tez yalan yerə and içənləri çox sevir.
Şeytan sözünün üstündə durmayan insanlara qarşı xüsusi simpatiya bəsləyir. Qul haqqı yeyənlər, yetim malı yeyənlər, içki içib tövbə etməyənlər, xəsis olanlar, qonağdan narahat olanlar, insanları arxasınca danışanlar, insanların iffət, ismət və namuslarını çirkləndirən və bunları açıqlayıb onları biabır edənlər də şeytan tərəfindən çox sevilir.
Şeytan oğurluq edənlərə, həyat yoldaşına şiddət tətbiq edənlərə, uşaqlarının ruzisini qumar və başqa yerə xərcləyənlərə yaxın gəlmir. Çünki bu insanlar özləri şeytan əməlləri ilə məşğuldur.
Zəkat, sədəqə kimi vacibatları yerinə yetirməyənlər, namaz qılmayanlar, tez hirslənənlər, cinayət işləyənlər və insanlara zülm edənlər də şeytan tərəfindən çox sevilir.
Mənbə : Anspress.com