xeber –
Ermənistanda ölüm göstəricisinin doğum göstəricisini üstələyəcəyi günə çox qalmayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə erməni demoqraf Ruben Yeqanyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
“Bu günkü demoqrafik mənzərə həyəcan doğurur, doğum azalır və bu, davamlı olacaq”,- deyə Yeqanyan vurğulayıb.
“Hər il əhalinin 1%-i azalır”, – deyə demoqraf ölüm əmsalının durmadan artdığını bildirib.
Onun fikrincə, hökumət hansısa tutarlı addım atmaq üçün yetərli resurslara malik deyil.
Mənbə : Anspress.com