xeber –
Standard & Poor’s kredit reytinqi agentliyi Rusiyanın uzunmüddətli və qısamüddətli fond kredit reytinqini BB+/B olaraq təsdiqləyib və proqnozun mənfi olduğunu bildirib.
ANS PRESS xəbər verir ki, agentlik bildirib ki, Rusiyanın xarici və maliyyə buferləri qarşıdan gələn 12 ayda pisləşərsə, reytinqi bir az da endiriləcək.
Ümumiyyətlə, Rusiyanın reytinqini hökumətin aydın borc siyasəti sabit saxlayır və bu vəziyyət 2015-2018-ci illərdə davam edə bilər.
Xatırladaq ki, S&P-nin proqnozları Ukrayna böhranı həllini tapmasa, Rusiya üzərindəki sanksiyaların saxlanacağına hesablanıb.
Mənbə : Anspress.com