xeber –
Gözəl model İrina Şeyk barədə yeni şayiələr yayılıb.
ANS PRESS-in məlumatına görə, sürpriz qərarla uzun zamandı birlikdə olduğu Kristiano Ronaldodan ayrılan rus gözəli kişilərin hədəfi olub.
29 yaşlı İrina Şeykin sərbəst olması barəsində müxtəlif söz-söhbətlərin yayılmasına səbəb olub. Bu şayiələrdən biri də onun 21 yaşlı Castin Biberlə birlikdə olması haqqındadır. Cütlüyün “Coachella Müzik” və “Sanat Festivalı”nda dostlaşdığı və birlikdə əyləndiyini danışılır.
Yayılan şayiələrlə bağlı nə İrina Şeyk, nə də Castin Biber heç bir açıqlama verməyib. Ulduzların susqunluğu isə söz-söhbətlərin daha da böyüməsinə səbəb olur.
Mənbə : Anspress.com