xeber –
Avstraliya xüsusi-xidmət orqanları Melburn şəhərində terror aktı törətməyə hazırlaşan cinayətkar dəstəni ifşa edib.
ANS PRESS-in məlumatına görə, antiterror əməliyyatı nəticəsində terror planı hazırlamaqda ittiham edilən 5 nəfər həbs edilib.
Yaşları 18 ilə 19 arasında dəyişən yeniyetmələrin İŞİD qruplaşmasının ideoloji tərəfdarları olduğu iddia edilir.
İstintaq hesab edir ki, onlardan ikisi gələn həftə soyuq silahdan istifadə etməklə polislərə hücum həyata keçirməyə hazırlaşıb.
Hücumların Anzak Günündə – avstraliyalıların müharibə qurbanlarının xatirəsini yad etdiyi gündə həyata keçirilməsi planlaşdırılıbmış.
Mənbə : Anspress.com