xeber –
Türkiyə Mərkəzi Bankı sədri ölkəsində gözlənilən inflyasiya barədə danışıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə Mәrkәzi Bankının sədri Erdәm Başçı Vaşinqtonda iqtisadi forumda çıxış edib.
O, çıxışı zamanı dünya ölkələrindəki iqtisadi geriləmənin Türkiyə üçün həm müəyyən fürsətlər yaratdığını, həm də çətinliklərə səbəb olduğunu deyib.
Bundan başqa, Başçı ilin ikinci yarısından sonra ərzaq qiymətlərində yenidən dəyişikliklərin ola biləcəyini vuğulayıb.
Xatıladaq ki, bir neçə ay əvvəl bu barədə danışan Erdәm Başçı Türkiyədə 2015-ci ildə inflyasiyanın 5,5 faiz səviyyəsində olacağı proqnozlaşdırıldığını bəyan etmişdi.
Bank rәhbәri başda neft olmaqla, әmtәә qiymәtlәrinin ucuzlaşmasının inflyasiyaya müsbәt tәsir göstәrәcәyini qeyd edib.
Mənbə : Anspress.com