xeber –
İŞİD terror qruplaşması daha bir ölkədə qan töküb.
ANS PRESS-in məlumatına görə, ötən gün İŞİD terror qruplaşması Əfqanıstanın şərqində yerləşən Nanqarhar şəhərinə bombalı hücum təşkil edib. İlkin məlumatlara əsasən, partlayış zamanı 33 nəfər dünyasını dəyişib, 100 nəfər isə yaralanıb.
Ölənlər arasında çox sayda uşağın olduğu bildirilir. Bombalı hücum şəhərin ən qaynar yerlərindən olan bazarda həyata keçirilib. Bu barədə açıqlamanı özünü İŞİD-in bölgədəki sözçüsü olaraq tanıdan Şahədullah Şahid adlı şəxs sosial şəbəkədə yayıb.
Ölkədə bir çox teraktlarda izi olan Taliban sözügedən hücumu pisləyib və məsuliyyəti öz üzərinə götürməyib.
Hadisə ilə bağlı fikir bildirən Əfqanıstan dövlət başçısı Əşrəf Qani terroru insanlığa yaraşmayan hərəkət kimi qəbul etdiyini dilə gətirib.
Mənbə : Anspress.com