xeber –
Londondakı Ermənistan səfirliyinin önündə, Dağlıq Qarabağda saxlanılmış Azərbaycan vətandaşlarına azadlıq tələb olunub.
ANS PRESS-in BBC Azərbaycana istinadən verdiyi məlumata görə, aksiya Londondakı azərbaycanlı tələbə təşkilatlarının təşəbbüsü və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə həyata keçirilib.
Nümayiş iştirakçıları ötən il Dağlıq Qarabağda erməni qüvvələri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini tələb ediblər.
Ermənistan səfirliyi etiraz aksiyasına münasibət bildirməkdən imtina edib.
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev ötən il Dağlıq Qarabağda erməni qüvvələrin nəzarəti altında olan Kəlbəcər rayonu ərazisində saxlanılıb. Onlar iki nəfəri qətlə yetirməkdə, bir nəfəri yaralamaqda, “sərhədi diversiya məqsədilə” keçməkdə ittiham olunaraq, tanınmamış Dağlıq Qarabağ Respublikası məhkəməsi tərəfindən məhkum olunublar.
Mənbə : Anspress.com