xeber –
İngiltərədə bir uşağa oyuncaq kimi alınan Reggi adlı gəlincik vahiməli görünüşü ilə ona baxanları xəstə edib.
ANS PRESS-in məlumatına görə, gəlinciyin videosunu izləyənlər özlərini pis hiss etdiklərini deyirlər.
Bəli, Reggi vahiməli görünüşü ilə metafiizik araşdırma mövzusu olub. Araşdırmaçı Jayne Harris oyuncaqdakı metafizik dalğaları təkib etməyə imkan verən “K II Meter” adlı cihazdan istifadə edərək Peggi ilə ünsiyyətə girdiyini iddia edir.
O, gəlinciyin əslində qəşəng olduğunu, sadəcə lənətləndiyi üçün vahiməli göründüyünü deyir.
Videonu sosial şəbəkəyə yerləşdirən Harris izləyicilər arasında ekspriment aparıb. Onun sözlərinə görə, ən az 80 nəfər ona yazaraq bildirib ki, videoya baxdıqdan sonra özlərində ürək bulanması, baş gicəllənməsi və sinələrində ağrı kimi narahatlıqlar müşahidə ediblər.
Xəstələnməkdən qorxmursunuzsa deyilənlərin doğruluğunu öz üzərinizdə yoxlayın. Səhhətində problemlər olanlara isə Reggini izləmək məsləhət görülmür!
Mənbə : Anspress.com