19.04.2015 / 14:47 xeber –
Xaçmaz rayonu, Palçıqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 9 kv.m sahədə və içərsindəki əşyalar yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə : Lent.az