xeber –
Humanitar elmlər və incəsənət fakültəsinin tələbəsi Sofiya Nikitçuk “Miss Rusiya – 2015” seçilib.
ANS PRESS-in məlumatına görə, 21 yaşlı qız bu qələbəsi sayəsində 3 milyon rubl (təxminən 63 min manat) və avtombil də qazanıb. İndi Nikitçuk öz ölkəsini dünya və kainat gözəli müsabiqələrində də təmsil edəcək.
“Mən əvvəlcədən qərara almışdım ki, bura qələbə üçün gəlirəm və belə də oldu. Mən incəsənət və musiqi məktəbini bitirmişəm, universiteti də qırmızı diplomla bitirəcəyimə, magistr dərəcəsi alacağıma da əminəm”, – deyən Rusiya gözəli öz təhsili ilə fəxr etdiyini də bildirib.
Bununla belə, bir çoxları Sofiyanın təmiz qələbə qazanmadığını iddia edirlər. Hətta bəziləri qızın müsabiqənin baş sponsorunun rəfiqəsi olduğunu, qələbəni də onun sayəsində qazandığını da deyirlər.
Mənbə : Anspress.com