xeber –
Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər mənzilin pəncərəsindən evə daxil olaraq azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 03:06-da başa çatıb.
Mənbə : Anspress.com