18.11.2008 / 16:27 xeber –
Cavid Qurbanov: “Federasiya prezidenti və İcraiyyə Komitəsi qarşısında qaldırılan bu təklif qəbul olundu”
Yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Elçin Cəfərov Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti postuna namizədliyini özü irəli sürüb. Bu barədə Lent.az-a AGF-nin baş katibi Cavid Qurbanov məlumat verib.
C.Qurbanov qeyd edib ki, E.Cəfərov öz bacarıq və istedadını tam şəkildə sərf etmək istədiyini bildirib: “Federasiya prezidenti və İcraiyyə Komitəsi qarşısında qaldırılan bu təklif qəbul olundu. Uzun müddət Elçin müəllimin yaxın köməkçisi və yığmanın ikinci məşqçisi kimi çalışmış Bəhram Mürvətov isə onun yerinə baş məşqçi təyin edildi”.
Mənbə : Lent.az