xeber –
Bakının Sabunçu rayonunda məktəblinin asılmış meyiti tapılıb.
Sabunçu rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Ruslan Həsənlinin meyiti yaşadığı evdə aşkarlanıb. Onun meyitini yaxınları tapıblar. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
İlkin ehtimala görə, şagird intihar edib.
Qeyd edək ki, R.Həsənli orta məktəb şagirdidir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə : Anspress.com