xeber –
Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 18-də saat 18:15 radələrində Bibi-Heybət qəsəbəsində Orxan Tarverdiyev bıçaqlanıb.
Hadisə barədə məlumat daxil olan kimi Səbail rayon Polis İdarəsi və 8-ci polis bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin üstü isti izlərlə açılıb.
Əməliyyat nəticəsində Orxan Tarverdiyevə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Astara rayon sakini, 1999-cu il təvəllüdlü Elşən Ramil oğlu Əliyev tutulub.
Faktla bağlı araşdırmalar davam edir.
Mənbə : Anspress.com