xeber –
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçkiləri baş tutub.
ANS PRESS-in məlumatına görə, indiki prezident Dərviş Əroğlu və onun əsas rəqibi Mustafa Akıncı seçki yarışında qalib gəlmək üçün lazım olan səs faizini yığa bilməyiblər. Buna görə də, seçkilərin ikinci turu keçiriləcək.
Ümumiyyətlə, seçkiyə yeddi namizəd qatılıb. Səsvermədə 177 min seçicinin 62 faizi iştirak edib. Nəticələrə görə, Dərviş Əroğlu 28,35%, Mustafa Akıncı 26,8%, Sibel Siber 22,49%, Kudret Özersay 21,25% səs toplayıb.
Xatırladaq ki, Kipr adası 1974-cü ildən Türkiyə və Yunanıstan arasında iki yerə bölünüb. Adanın sahillərində qaz yataqlarının tapılması sülh sazişi üzrə aparılan danışıqları iflasa uğradıb.
Mənbə : Anspress.com