xeber –
Dağıstanın Buynaksk şəhəri kənarında üsyançı silahlılar olduğu güman edilən şəxslərə qarşı xüsusi əməliyyat keçirlir.
ANS PRESS-in məlumatına görə, hüquq mühafizə orqanları xüsusi təyinatlıları tərəfindən həmin əməliyyat bazar günü axşamdan başlayıb.
Rəsmilərin sözlərinə görə, güc strukturları əməliyyatın son mərhələsini keçirirlər.
Bazar günü Buynaksk rayonunda antiterror əməliyyatı keçirilməsi rejimi elan olunmuşdu. Silahlıların sığındığı ev mühasirəyə alınmışdı. Danışıqlardan sonra binadan uşaq bayıra buraxılmışdı.
Döyüş nəticəsində bina qismən dağıdılmışdı. Güc strukturları nümayəndəliyində bildiriblər k, ilkin məlumatlara görə silahlılar arasında beynəlxalq terrorçu təşkilatlardan birinin rəhbərləri var.
Mənbə : Anspress.com