xeber –
Sabirabad rayonunun Ətcələr kəndinə təbii qazın verilişi bərpa edilib.
SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
302 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 46689 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.
47 ədəd müxtəlif diametrli siyirtmə, 302 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edənlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mənbə : Anspress.com