xeber –
Bakıda avtomobil qarajında güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Tbilisi prospektində yerləşən “Qafqaz” hotelinin yanındakı qarajda qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər cəlb olunub.
Yanğınsöndürənlər alovun qarşısını alıblar. Yanğın söndürülüb.
Yanğın nəticəsində bir neçə avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə : Anspress.com