xeber –
Rusiyada çəkilən bir görüntü polisləri hərəkətə keçirib.
ANS PRESS-in məlumatına görə, ər arvad arasında baş verən mübahisə zamanı tüklər ürpərdən bir hadisə baş verib.
Cütlük arasında mübahisə sonda davaya çevrilib. Əsəblərini cilovlaya bilməyən qadın 18 aylıq uşağını yerə tullayıb. Daha sonra əsəbi qadın yerdə qalan körpəsinə təpik vurmaq istəyib. Həyat yoldaşının biganə münasibətindən sonra qadın uşağı yerdə qoyub gedib. Ər də balacaya yaxın durmayıb.
Bu hadisəni kənardan müşahidə edən qonşu isə baş verənləri kameraya çəkib. Daha sonra görüntünün sosial şəbəkələrdə paylaşılması cütlüyə qarşı kəskin reaksiyalara səbəb olub.
Polis faktla bağlı araşdırmalara başlayıb. Bildirilib ki, körpə uşağın vəziyyəti yaxşıdır və səhhətində heç bir problem yoxdur.
Eşiyle kavga edip bebeğini yere fırlattı | izlesene.com
Mənbə : Anspress.com