20.04.2015 / 18:02 xeber –
Dağıstan Respublikasında keçirilən xüsusi əməliyyat zamanı “Qafqaz əmirliyi” qruplaşmasının rəhbəri Əliasxab Kebekov öldürülüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Milli Antiterror Komitəsinin yaydığı xəbərdə deyilir.
Gerey-Avlak qəsəbəsində keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Doku Umarovun xələfi sayılan A. Kebekovdan başqa cinayətkar qruplaşmaların başçıları Şamil Hacıyev və Ömər Maqomedov qətlə yetirilib.
Mənbə : Lent.az