20.04.2015 / 18:03 xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini Rüfət Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə R. Süleymanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Bakı şəhər sakinləri olan 2 nəfəri işə düzəlmək adı ilə onlardan xeyli pul alıb, amma verdiyi sözü tutmayıb. Polis əməkdaşları tərəfindən saxlandıqdan sonra onun digər dələduzluq əməli ortaya çıxıb. Belə ki, o şəhər sakinindən torpaq ərazinin özəllişdirilməsi ilə bağlı pul alıb və geri qaytarmayıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Mənbə : Lent.az