20.04.2015 / 18:44 xeber –
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, sahibi məlum olmayan ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
*****
17:23
Bakının Tbilisi prospektində yerləşən "Qafqaz" hotelinin yaxınlığında güclü yanğın olub. Lent.az-ın salamnews-a istinadən məlumatına görə, yanğın nəticəsində ərazidəki altı avtomobil yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.
Şahidlər bildirirlər ki, hava küləkli olduğundan yanğının hotel binasına keçmə ehtimalı olub.
Hazırda yanğının qarşısının alınmağı üzrə işlər aparılır.
Mənbə : Lent.az