xeber –
Qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Londonda Ermənistan səfirliyi qarşısında nümayiş keçirilib.
ANS TV-nin məlumatına görə, Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil edilən aksiyanın əsas tələblərindən biri, ötən il erməni hərbçiləri tərəfindən Kəlbəcərdə ata-baba yurdunu ziyarət edərkən doğma torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması olub.
Aksiyaya qatılan azərbaycanlı tələbələrin əllərində tutduğu plakatlarda – “Dağlıq Qarabağ Azərbaycandır”, “Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq”, “Ermənistan beynəlaxalq huquq normalarını pozur” və digər bu kimi şüarlar yazılıb.
Ermənistanın işğalçılıq siyasətinə qarşı keçirilən etiraz aksiyasına Milli Qəhraman Çingiz Mustafayevin oğlu Fuad Mustafayev də qatılıb.
Mənbə : Anspress.com