xeber –
“Keretaro”nun futbolçusu Ronaldinyo Meksika çempionatında “Amerika” ilə oyunda (4:0) diqqət mərkəzinə düşüb.
ANS PRESS-in məlumatına görə, 82-ci dəqiqədə meydana çıxan braziliyalı futbolçu 4 dəqiqə ərzində iki qol vurmaqla komandasının qələbəsində pay sahibi olub.
“Hələ ki, karyeramı bitirmək haqda düşünmürəm. Hazırda menecerimə bir neçə klub tərəfindən dəvət gəlib. Burada özümü yaxşı hiss edirəm. Telefonlarıma gələn zənglərin ardı-arası kəsilmir. Ancaq hələ ki, burdayam” – deyə ulduz futbolçu bildirib.
Mənbə : Anspress.com