xeber –
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçlarının hakimləri müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, UEFA 4 oyunu Norveç, İngiltərə, Almaniya və Şotlandiyadan olan ədalət təmsilçilərinə tapşırıb.
Sabah baş tutacaq “Barselona” – PSJ matçını norveçli FIFA referisi Svein Oddvar Moen idarə edəcək. Günün digər matçında – “Bavariya” – “Portu” görüşündə ədaləti ingilis Martin Atkinson qoruyacaq.
Aprelin 22-də keçiriləcək “Real” – “Atletiko” matçında alman Feliks Brix fit çalacaq. “Monako” – “Yuventus” oyununu isə şotland Vilyam Kollum idarə edəcək.
Çempionlar Liqası
2014/15 mövsümü
1/4 final (cavab oyunları)
21 aprel
23.45 Barselona (İspaniya) – PSJ (Fransa)
Hakimlər: Svein Oddvar Moen, Kim Tomas Haqlund, Frank Andas, Sven Erik Midtcell (Norveç).
Əlavə köməkçi hakimlər: Ken Anri Yohnsen, Svein-Erik Edvartsen (Norveç).
Barselona. “Nou Kamp” stadionu.
23.45 Bavariya (Almaniya) – Portu (Poruqaliya)
Hakimlər: Martin Atkinson, Mixael Mullarkey, Stepan Kild, Darren England (İngiltərə).
Əlavə köməkçi hakimlər: Antoni Taylor, Krayq Pavson (İngiltərə).
Münhen. “Allianz Arena”
22 aprel
23.45 Real (İspaniya) – Atletiko (İspaniya)
Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp, Marko Akmüller (Almaniya).
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Fritz (Almaniya).
“Santiaqo Bernabeu” stadionu.
23.45 Monako (Fransa) – Yuventus (İtaliya)
Hakimlər: Vilyam Kollum, Damyen Makqrayt, Qraham Çambers, Alastair Mater (Şotlandiya).
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Kevin Klansi (Şotlandiya).
Monako. “Stade Louis II”.
Mənbə : Anspress.com